Hacıqabulda qadın abortdan sonra vəfat edib
14 İyul 2014 Bazar Ertəsi 12:31
Hacıqabulda üç uşaq anası abortdan 12 gün sonra vəfat edib.
Hacıqabulda üç uşaq anası abortdan 12 gün sonra vəfat edib. Mərhumun həyat yoldaşı Elşən Əzizovun APA-ya verdiyi məlumata görə, hadisə bu gün Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, iyulun 2-də Hacıqabul rayon Atbulaq kənd sakini, 1990-cı il təvəllüdlü, üç uşaq anası Əsmər Əli qızı Əzizovanın bətnində olan körpə abort vasitəsilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında götürülüb. Hadisədən iki gün sonra qadının halı pisləşdiyindən, yenidən əməliyyat olunub. Əməliyyat olunan qadın bu gün səhər saatlarında xəstəxananın reanimasiya şöbəsində ölüb.
Meyit müayinə olunmaq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə aparılıb.
DOSTLARINLA PAYLAŞ: