Hadisə

Hacıqabulda 2 uşaq evdə yanıb

Faktla bağlı araşdırma aparılır

· Xəbərçi
Hacıqabulda 2 uşaq evdə yanıb
Hacıqabul rayonunun Udlu qəsəbəsində yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon şöbəsinin rəisi İlqar Namazov məlumat verib. Məlumatda bildirilir ki, yanğın bu gün saat 17.00 radələrində Abdullayev Zaur Əhəd oğluna məxsus evdə qeydə alınıb. Fərdi yaşayış evinin yanması nəticəsində Zaur Abdullayevin iki azyaşlı oğlu yanaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər