Hacıqabul Qızılburun kendinde şagird mekteb direktorunu döyüb
11 Fevral 2014 Çərşənbə Axşamı 16:55
Hacıqabul rayonu, Qızılburun kend orta mektebinde yuxarı sinif şagirdi mekteb direktorunu döyülmesi barede melumat yayılıb.
Hacıqabul rayonu, Qızılburun kend orta mektebinde yuxarı sinif şagirdi mekteb direktorunu döyüb. Bu barede kend mektebinden ANS PRESS-in melumatına göre, bu barede sosial şebekelerde bildirilib.
Mesele ile bağlı orta mektebden ANS PRESS-e verilen melumata göre ise hadise mübahise neticesinde baş verib. Melumata göre, mekteb direktoru Nüsret Rehimov şagirdlerden birini sinif yoldaşlarının yanında söyüb. Şagird ise buna dözmeyib ve ona el qaldırıb. Neticede dava düşüb.
Deyilenlere göre, hemin şagird direktorun uzaq qohumudur. Hadise neticesinde Nüsret Rehimov yüngülce xesaret alsa da, hekime müraciet etmeyib.
Hacıqabul rayon polis şöbesinden ANS PRESS-e bildirilib ki, bu barede polise heç bir melumat daxil olmayıb.
Meseleni aydınlaşdırmaq üçün rayon İcra Hakimiyyetile elaqe saxladıq. İcra Hakimiyyetinden ANS PRESS-e meseleni araşdıracaqlarını ve bu barede etraflı melumat verileceyi barede bildirilib.
DOSTLARINLA PAYLAŞ: