Göyçayda canavarlar kəndə hücum edib
23 Fevral 2010 Çərşənbə Axşamı 21:50
3 yırtıcı kəndin qoyun sürüsünə xeyli ziyan vurub
Göyçayın Malikkənd kəndinə canavarlar hücüm edib. Günorta saatlarında kəndin otlaq sahəsindəki qoyun sürüsünə hücum edən 3 canavar 3 qoyunu parçalayıb, sürüdə olan 10-a yaxın heyvanı isə yaralayıb. Canavarların hücumunu dəf edəndən sonra sürünü sayanda məlum olub ki, daha 5 heyvan da ortalıqda yoxdur. Sürünü otaran çobanın dediyinə görə, yırtıcıların qonşu kəndlərə hücumu tez-tez olur. Malikkənd kəndində isə canavarları sonuncu dəfə ötən ay görüblər.

Zərərçəkənlər bildirib ki, əvvəllər kənddə hər bir evdə tüfəng var idi. Son vaxtlar odlu silah kəndlilərdən yığışdırıldığından vəhşi heyvanların hücumu intensiv xarakter alıb. Xüsusilə qış aylarında təhlükə daha da artır. Vəhşi heyvanların ovlanmasına qoyulan qadağa da bu məsələdə öz sözünü deyir.

Kənd sakinləri qoyun sürüsünə canavarların hücumu haqda hələ heç bir rəsmi quruma müraciət etmədiyindən yırtıcıların quduz olub olmadığı da məlum deyil. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar