Goranboyda tikintidə uçqun olub, 2 ölü
20 İyul 2012 Cümə 17:32
Ölən hər iki şəxsin 20 yaşı var.
Goranboyda tikinti bədbəxt hadisə ilə nəticələnib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, Goranboy rayonu, Goran qəsəbəsində fiziki şəxs tərəfindən tikinti işləri aparılan zaman uçqun baş verib.

Nəticədə 2 nəfər - 1992-ci il təvəllüdlü Sahil Teymur oğlu Hüseynov və 1992-ci il təvəllüdlü Şahin Azər oğlu Kərimov uçqun altında qalaraq ölüblər. Aidiyyəti qurumlar hadisə barədə məlumatlandırılıblar.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar