Hadisə

Goranboyda maşın aşdı, sürücü öldü

"Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirib

· Xəbərçi
Goranboyda maşın aşdı, sürücü öldü
Ötən gecə Goranboy rayonunun Azad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

ANS PRESS Daxili İşlər Nazirliyinin internet saytına istinadən xəbər verir ki, Gəncə şəhər sakini Ruslan İbrahimov "Audi" markalı avtomaşını idarə edərkən, onu aşırıb. Nəticədə, R.İbrahimov hadisə yerində ölüb. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalar aparılır. ANSPRESS

Şərhlər