İlkin versiyaya görə, hadisəyə səbəb bir neçə mərtəbədən ibarət ticarət mərkəzinin daxilindəki yük daşınması üçün istifadə olunan liftin sıradan çıxması səbəb olub. Hadisənin hansı şəraitdə baş verdiyi haqqında ətraflı məlumat verilmir.
Təcili Tibbi Yardım Stansiyasından 1 nəfərin öldüyünü təsdiqləyiblər. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza yerində olan hər 3 işçi 20-25 yaşlarındadır.
Hadisədə Əməyin mühafizəsi qaydaların pozulub-pozulmadığını istintaq müəyyən edəcək. Hadisə yerində polis və prokurorluq əməkdaşları araşdırma aparır. Hadisə yerinə həmçinin Gəncənin prokuroru Adil Vəliyev də gəlib. Ticarət mərkəzinə jurnalistlər buraxılmır.






Şərhlər