Gəncədə yaşayış binasında partlayış
19 Fevral 2011 Şənbə 11:53
Divar 14 yaşlı oğlanın üstünə düşüb
Bu gecə Azərbaycanın Gəncə şəhərində dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində 3 otaqlı mənzildə partlayış baş verib. Bu barədə məlumatı ANS PRESS-ə adıçəkilən ünvanda kirayə yaşayan 34 yaşlı Tərlan İsmayılova verib. Onun sözlərinə görə, hadisə nəticəsində 3 otaqlı mənzil tamamilə dağılıb. Qonşu mənzillərdə çatlar əmələ gəlib.

Oğlu 14 yaşlı Azər Əliyev isə xəsarət alaraq xəstəxanaya aparılıb. Partlayış zamanı hamamın dəhlizə tərəf olan divarı onun üzərinə aşıb.

Hadisə yerinə Gəncə Şəhər icra başçısının müavini Şahmalı Cavadov gəlib.

Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, partlayışa mənzilin hamamında quraşdırılan, qazla işləyən samovar səbəb olub. Hadisə ilə bağlı əraziyə Gəncə şəhər Qaz İstismar İdarəsinin əməkdaşları gəlib və partlayışın baş verdiyi yerə baxış keçiriblər. Hazırda hadisənin səbəblərinin dəqiq öyrənilməsi üçün təhqiqat işləri aparılır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar