Gəncədə tələbə polis əməkdaşını öldürdü
21 May 2012 Bazar Ertəsi 18:08
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Azərbaycanda polis əməkdaşı qətlə yetirilib. ANS PRESS-in APA-nın məlumatına istinadən verdiyi xəbərə görə, hadisə Gəncə şəhərində qeydə alınıb. Gəncə Şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis serjantı Elmir Həsən oğlu Pənahov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Lakin o, çoxlu qan itirdiyindən xəstəxanada dünyasını dəyişib.

Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev APA-ya açıqlamasında bildirib ki, baş vermiş hadisənin polis əməkdaşının peşə fəaliyyəti ilə heç bir bağlılığı yoxdur. Belə ki, E. Pənahov evdə olarkən, qonşusu, 20 yaşlı Cavidan Rasim oğlu İsmayılov ilə mübahisə edib. Şəxsi münasibətlər zəminində baş verən mübahisə nəticəsində C. İsmayılov E. Pənahova bıçaqla xəsarət yetirib. Yaralı təcilli xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

R. Musayev qeyd edib ki, baş vermiş hadisə ilə bağlı cinayət işi başlanıb və hadisəni törədən C. İsmayılov saxlanılıb.

Qeyd edək ki, hadisəni törədən C. İsmayılov Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasının tələbəsidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar