Gəncədə silahlı insident baş verib
25 Mart 2014 Çərşənbə Axşamı 11:57
25 yaşlı gənci söyüş söydüyünə görə ov tüfəngi ilə güllələdilər.
Ötən gecə saat 23 radələrində Gəncə şəhərində silahlı insident baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən əmlumata görə, şəhərin I mikrorayonu ərazisində 1987-ci il təvəllüdlü Murad Nəbiyev 16 kalibrli ov tüfəngilə 1989-cu il təvəllüdlü Vüqar Qələndərovu güllələyib.

Güllə Vüqar Qələndərovun ayağına dəyib. Onu ağır yaralı halda xəstəxanaya yerləşdiriblər. Çoxlu qan itirdiyi üçün Vüqar Qələndərovun vəziyyəti ağır hesab olunur. Hadisəni törədən Murad Nəbiyev saxlanılıb. Onun aralarında şəxsi münasibətlər zəminində Vüqar Qələndərovu vurduğu bildirilir.

Belə ki, onlar arasında əvvəllər də mübahisə olub. Aralarında yaranan anlaşılmazlığı aydınlaşdırmaq istəyəndə Vüqar Qələndərov söyüş söyüb. Bu səbəbdən tanışı onu güllələyib. Saxlanılan Murad Nəbiyev tanışını öldürmək məqsədilə güllələmədiyini deyib. Sadəcə onu qorxutmaq istəyib. Amma güllə ona dəyib.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar