Bu gün Gəncədə qəza baş verib. “Opel” markalı avtomobil Üzeyir Hacıbəyov küçəsi ilə hərəkət edərkən yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə şahidlərinin sözlərinə görə, sürətlə hərəkət edən avtomobil çırpıldıqdan sonra bir neçə dəfə yuvarlanaraq aşıb. Sərnişinlərdən biri yerində, digəri isə yolda, təcili tibbi yardım maşınında ölüb.
Qəzanı törədən sürücü sağdır. Avtomobildəki digər sərnişin, 17 yaşlı gənc isə bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.
Gəncədə “Opel” yoldan çıxaraq ağaca çırpılıb
Qəza nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.




Şərhlər