Gəncədə alnında dili olan buzov doğulub
05 May 2011 Cümə Axşamı 15:30
Gəncədə alnında dili olan buzov doğulub


Gəncə. Ayxan Hüseynov - APA. Gəncənin “Avtozavod” qəsəbəsində yaşayan Elman Abbasovun şəxsi təsərrüfatında qeyri-adi inək balası doğulub. APA-nın yerli bürosunun məlumatına görə, buzovu fərqləndirən başının üst hissəsində dilin olmasıdır. E. Abbasov bildirib ki, buzova baxış keçirən zaman başının ortasında əlavə ət parçası müşahidə edib və diqqət yetirdikdə bunun dil olduğunu görüb. E. Abbasov buna baxmayaraq, buzovun sağlam olduğunu bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar