Gəncədə sirkə turuşusu içən 72 yaşlı qoca ölüb. Gəncə şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün səhər saatlarında 72 yaşlı Rəşad Nəsibov yaşadığı evdə spritli içki əvəzinə sirkə turşusu içib. O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatırılsa da, qocanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Gəncə şəhər Polis İdarəsində araşdırma aparılır. /ANS PRESS/
Gəncədə 72 yaşlı qoca sirkə turuşusu içərək ölüb
Xəstəxanaya çatdırılan Rəşad Nəsibovun həyatını xilas etmək mümkün olmayıb




Şərhlər