Gəncədə 29 yaşlı qadının mədəsindən 16 yad cisim çıxarılıb -
27 Aprel 2012 Cümə 15:21
Gəncədə keçirilən cərrahiyyə əməliyyatı zamanı Ağstafa sakini olan 29 yaşlı qadının mədəsindən 16 yad cisim çıxarılıb.
  APA-nın Qərb bürosunun verdiyi məlumata görə, dünən günorta saatlarında Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına mədə ağrısı ilə gətirilmiş Ağstafa rayonu, Qırlı kənd sakini, 1983-cü il təvəllüdlü Əmiraslanova Əsmər Hətəm qızının müayinəsi zamanı onun daxili orqanlarında xeyli sayda yad cisimlərin olması müyyən edilib. 4 saatlıq əməliyyat nəticəsində 29 yaşlı qadının mədəsindən 16 ədəd məişət mismarı, əyilmiş vəziyyətdə bıçaq, ülgüc qırıqları, əyilmiş dəmir parçaları və şüşə qırıqları çıxarılıb. Əməliyyatdan sonra qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar