Gəncədə qətl hadisəsi baş verib. Nizami rayon sakini ailə münaqişəsi nəticəsində dayısını bıçaqlayaraq qətlə yetirib. ANS TV-nin məlumatına görə, 29 yaşlı Ramal Quliyev ailələrində düşən mülk mübahisəsinə görə əvvəllər məhkum olunmuş dayısı Vaqif Cəfərovla mübahisə edib. Nəticədə Vaqif Cəfərov aldığı bıçaq yarasından dünyasını dəyişib.
Hadisədə təqsirli bilinən Ramal Quliyev artıq həbs edilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq davam edir. ANSPRESS
Gəncə sakini mülk üstündə dayısını qətlə yetirib
Hadisədə təqsirli bilinən Ramal Quliyev artıq həbs edilib.




Şərhlər