Gədəbəydə torpaq sürüşməsi baş verib
19 İyun 2010 Şənbə 14:40
Gədəbəydə torpaq sürüşməsi baş verib. 4 evin sakinləri ərazidən çıxarılıb.
Gədəbəy rayonu, Əyrivəng və Şahdağ kəndlərində torpaq sürüşməsinə meylli ərazilər fəallaşıb. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının məlumatına görə, buna səbəb son iki gündə yağan yağışlar olub. Nəticədə, Əyrivəng kəndində 6, Şahdağ kəndində isə 17 fərdi yaşayış evi aktiv sürüşmə zolağına düşüb. Əyrivəng kəndində təhlükəli ərazidə yerləşən 4 fərdi evin sakinləri həmin ərazidən çıxarılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar