Qvatemalada futbol qarşılaşmalarının birində dəhşətli anlar yaşanıb. Hadisə Qvatemalanın Kuidad Real bölgəsində baş verib. Futbol oyunu zamanı azarkeşlər bir-birlərinə odlu silahdan atəş açıblar.
ANS PRESS-in “news889.com” saytına istinadən verdiyi məlumata görə, atışma nəticəsində ümumilikdə 17 nəfər yaralanıb. Qvatemala milli polisinin mətbuat katibi Donald Qonsalesin verdiyi məlumata görə, yaralılar Ruzvelt adına xəstəxanaya çatdırılıblar.
Sonradan onlardan 4-ü xəstəxanada keçinib. Yaralananlar arasında 10 yaşlı qızın da olduğu bildirilir. Hadisənin futbol oyununa gələn quldur dəstəsi üzvləri arasında düşən mübahisə zəminində baş verdiyi ehtimal edilir. ANSPRESS
Futbol meydanında qətliam
Qvatemalada baş verən hadisədə 4 nəfər ölüb.




Şərhlər