Hadisə

Filipində ağır yol qəzası: 18 ölü

Qəzada əksəriyyəti iranlı olan tibb fakultəsi tələbələri ölüb.

· Xəbərçi
Filipində ağır yol qəzası: 18 ölü
Filipinin Cebu şəhərində baş vermiş ağır yol qəzasında 18 sərnişin ölüb, 30 nəfər isə yaralanıb. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, qəza iranlı tibb fakultəsi tələbələrini aparan avtobusun əyləcinin xarab olması nəticəsində baş verib. Məlumata görə, ölənlərin əksəriyyəti İran vətəndaşıdır.

Polis rəsmisi Erson Diqal əyləc sistemi xarab olan avtobusun yolun aşağısına yuvarlandığını, ilkin məlumatlara görə 11 nəfərin öldüyünü, daha 7 nəfərin isə xəstəxanada vəfat etdiyini bildirib. ANSPRESS

Şərhlər