Hadisə

FHN əməkdaşı iş başında xəsarət aldı

Rövşən Babayev yanğına müdaxilə edərkən yaralanıb

· Xəbərçi
FHN əməkdaşı iş başında xəsarət aldı
Bakıda yanğın hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə martın 7-də saat 21.00 radələrində Suraxanı rayonu Zığ qəsəbəsi R.Göyüşov küçəsi ev 76 ünvanında qeydə alınıb.
Yanğın adıçəkilən ünvanda yaşayan Nəriman Kərimova məxsus yardımçı təsərrüfatda başlayıb. Nəticədə bütövlükdə təsərrüfatın yanar konstruksiyaları yanıb.
Yanğını söndürən FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı Rövşən Babayev əlindən yüngül xəsarət alıb.

Şərhlər