FHN dənizdə batan 3 yaşlı uşağı xilas etdi
15 İyun 2012 Cümə 11:27
Azyaşlı Xəzər rayonu ərazisinbdə təhlükə ilə üz üzə qalıb
Bakıda 3 yaşlı uşaq dənizdə batmaq təhlükəsi ilə qarşılaşıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, 2009-cu il təvəllüdlü 1 nəfər Bakı şəhəri, Xəzər rayonu ərazisində dənizdə (“Zuğulba-1” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Əməliyyat saat 17:19-da başa çatıb.
DOSTLARINLA PAYLAŞ: