Hadisə

Fəhlə Rahib Cabbarov binadan yıxılıb öldü

Rahib Cabbarov həkim gələnə kimi dünyasını dəyişib.

· Xəbərçi
Fəhlə Rahib Cabbarov binadan yıxılıb öldü
Bakının Nəsimi rayonu ərazisində fəhlə ölümü qeydə alınıb. Nəsimi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Həsən Əliyev küçəsində baş verib.

Orada tikilən hündürmərtəbəli binada çalışan Rahib Cabbarov yıxılıb. Hadisə yerinə həkim gələnə qədər fəhlə dünyasını dəyişib.

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər