Əsirlərin mübadilə prosesi başlayıb
17 Mart 2011 Cümə Axşamı 13:40
Yaxın 1 saat ərzində prosesin yekunlaşacağı gözlənilir
Bu gün Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndində, qoşunların təmas xəttində Azərbaycandakı bir mülki erməni əsirin müqabilində bir azərbaycanlı hərbi əsirin qaytarılması prosesi başlayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, saat 13:00 radələrində Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus iki maşın azərbaycanlı hərbçilərin müşayiəti ilə təmas xəttinə gedib.
Mübadilə prosesi zamanı 2009-cu il mayın 10-da Füzuli rayonu ərazisində əsir düşmüş Azərbaycan Ordusunun əsgəri Hacıyev Anar Xanbaba oğlu Azərbaycana, eləcə də 2009-cu il mayın 9-da Gədəbəy rayonunun Göyəli kəndinin sakinləri tərəfindən saxlanılmış mülki şəxs Badalyan Artur Qrişayeviç Ermənistan tərəfə təhvil veriləcək.
Prosesin baş tutacağı ərainin yaxınlığında polis postu yerləşdirilib. Əsirin ailə üzvləri və jurnalistlər bu postda gözləyirlər. Yaxın 1 saat ərzində prosesin yekunlaşacağı gözlənilir.
DOSTLARINLA PAYLAŞ: