Əsgər özünü güllələyib
08 Avqust 2012 Çərşənbə 14:54
Azərbaycan Ordusu daha bir əsgərini itirib.
APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 18 yaşlı Murad Qurban oğlu Ağakərimli aldığı güllə yarasından dünyasını dəyişib. Onun tabeliyindəki silahdan özünə açdığı atəş nəticəsində öldüyü bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, M. Ağakərimli bu ilin aprel ayında Bakının Xətai rayonundan həqiqi hərbi xidmətə çağırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar