Ermənistan dörd istiqamətdə atəşkəsi pozub
25 Sentyabr 2009 Cümə 09:40
Bütün hallarda düşmən cavab atəşilə susdurulub
Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəsi pozub. Erməni ordusu sentyabrın 24-də saat 13.20-dən 13.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 16.50-dən 17.15-dək Goranboy rayonunun Gülüstan kəndi, saat 19.45-dən 19.50-dək, 23.00-dan 23.20-dək sentyabrın 25-də saat 02.40-dan 02.55-dək və 06.40-dan 06.55-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri, saat 01.20-dən 01.35-dək Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar