Ermənilər Silahlı Qüvvələrimizin əsgərini yaraladılar
26 İyul 2012 Cümə Axşamı 10:47
Hadisə ötən gecə cəbhənin Gədəbəy rayonu istiqamətində qeydə alınıb.
Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. ANS PRESS-in məlumatına görə, hadisə ötən gecə cəbhənin Gədəbəy rayonu istiqamətində qeydə alınıb. Milli Ordunun əsgəri, 19 yaşlı Elmir İman oğlu Mirzəyev düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev ANS PRESS-ə açıqlamasında faktı təsdiqləyib və bildirib ki, yaralı əsgərin vəziyyəti kafidir.
Qeyd edək ki, E.Mirzəyev Xaçmaz rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
DOSTLARINLA PAYLAŞ: