Ermənistan silahlı qüvvələri ötən axşam təxminən 21.00 radələrində Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndini avtomat və pulemyotlardan, həmçinin iriçaplı silahlardan 2 saat ərzində intensiv atəşə tutub. ANS-in Qarabağ bürosu xəbər verir ki, düşmənin açdığı atəş nəticəsində yaşayış evlərinə çox sayda güllə dəyib. Xatırladaq ki, Tap-Qaraqoyunlu kəndi təmas xəttinin tam yaxınlığında yerləşir və daim 3 tərəfdən atəşə məruz qalır.
Ermənilər ötən axşam atəşkəsi pozub
Düşmənin açdığı atəş nəticəsində yaşayış evlərinə çox sayda güllə dəyib




Şərhlər