Hadisə

Ermənilər Naxçıvan istiqamətində atəşkəsi pozub

Ermənilərin Naxçıvan istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

· Xəbərçi
Ermənilər Naxçıvan istiqamətində atəşkəsi pozub
APA-nın məlumatına görə, hadisə Naxçıvan Muxtar Respublikasında, cəbhənin Şahbuz rayonu istiqamətində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Rəbbi Elsevər oğlu Cəfərov düşmən gülləsinə tuş gəlib. Nəticədə başından güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidməti ilə məlumatı dəqiqləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, R. Cəfərov Göygöl rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Şərhlər