Hadisə

Ermənilər mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutublar

Milli Ordunun mövqeləri iki istiqamətdən atəşə tutulub.

· Xəbərçi
Ermənilər mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutublar
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 23-də saat 08.30-dan 08.40-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında, mayın 24-də saat 02.10-dan 02.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, düşmən cavab atəşi ilə susdurulub.

Şərhlər