Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber və Noyenberyan rayonunun Barekamavan, işğal olunmuş Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Göyarx və Qızıloba, Goranboy rayonunun Gülüstan, Füzuli rayonunun Aşağı Veysəlli və Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, düşmən cavab atəşi ilə susdurulub.
Ermənilər bir neçə istiqamətdən atəşkəsi pozublar
Dünən və bu gecə mövqelərimiz atəşə tutulub.




Şərhlər