Hadisə

Ər 19 yaşlı həyat yoldaşını qətlə yetirib

Faktla bağlı Bərdə rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb

· Xəbərçi
Ər 19 yaşlı həyat yoldaşını qətlə yetirib
Azərbaycanın Bərdə rayonunda qətl törədilib. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib.

Hadisə rayonun Gərənə kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Xəyyam Əsəd oğlu Qarayev qısqanclıq zəminində həyat yoldaşı, 1993-cü il təvəllüdlü Zərqələm Zaur qızı Qarayevanı küçənin ortasında bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən X. Qarayev tutulub.

Faktla bağlı Bərdə rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Şərhlər