Özünü saxlaya bilməyən “xəstə” sonra xəstəxana avadanlıqlarına ziyan vurub və pəncərə şüşələrini sındırıb.
Nəhayət dünya belə bir hadisəyə də şahid oldu. Cərrahiyyə əməliyyatına hazırlıq vaxtı xəstə həkimlə mübahisə etdi və yerindən qüalxaraq həkimi döydü. Hadisə Çin xəstəxanalarından birində baş verib. Hadisədən sonra mətbuata məlumat verən həkim xəstənin zərbələri ilə ciddi xəsarətlər aldığını bildirib və yaralarını jurnalistlərə göstərib. Özünü saxlaya bilməyən “xəstə” isə daha sonra xəstəxana avadanlıqlarına ziyan vurub və pəncərələrin şüşələrini sındırıb.
Qeyd edək ki, xəstənin həkimə qarşı zrakılığı təhlükəsizlik kamerası tərəfindən lentə köçürülüb.