Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasında güclü tüstülənmə baş verib. Hadisə şahidlərinin sözlərinə görə, bu gün saat 18.45 radələrində “Elmlər Akademiyası” stansiyasında müşahidə olunan güclü tüstülənmə sərnişinlər arasında həyəcana səbəb olub.
Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov faktı təsdiqləyib. Lakin o bildirib ki, tüstülənməyə hər hansı texniki nasazlıq səbəb olmayıb: “Stansiyanın girişində, Bakı Dövlət Universitetin ərazisində yığılan tullantılar oranın işçiləri tərəfindən yandırılıb. Nəticədə bayırdakı tüstü ventilyasiya vasitəsi ilə stansiyanın tunelinə dolub. Həyata keçirilən tədbirlər nəticəsində artıq stansiya tüstüdən təmizlənib”.ANSPRESS
“Elmlər Akademiyası” stansiyasında güclü tüstülənmə müşahidə olunub
Zibil tüstüsü ventilyasiya vasitəsi ilə stansiyanın tunelinə dolub.




Şərhlər