Ədliyyə leytenantı həbsxanaya narkotik keçirmək istədi
20 Fevral 2014 Cümə Axşamı 18:17
Elvin Qurbanovun üzərinə baxış keçirilən zaman corabının içərisində gizlədilmiş xalis çəkisi 103 qram olan narkotik maddə - "tiryək" aşkar edilərək götürülüb.
Ədliyyə leytenantı Bakıda cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirərkən tutulub.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddənin cəzaçəkmə müəssisəsinə keçirilməsi cəhdinin qarşısı alınıb.
5 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşı, ədliyyə leytenantı Elvin Valeh oğlu Qurbanovun nəzarət-buraxılış məntəqəsində üzərinə baxış keçirilən zaman corabının içərisində gizlədilmiş xalis çəkisi 103 qram olan narkotik maddə - "tiryək" aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: