Gəncədə "Detal Alüminium" zavodunda insan ölümü ilə nəticələnən uçqunla bağlı cinayət işi başlanıb. ANS PRESS-in Baş Prokurorluğun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 17-də saat 17:00 radələrində Gəncə şəhərində fəaliyyət göstərən "Detal Alüminium" Məhdud Məsuliyyətli Cəmiyyətin ərazisində söküntü işləri aparılarkən 66 metr uzunluğunda dəmir-beton konstruksiyalı tavan çöküb.
Nəticədə fəhlələr - 1975-ci il təvəlldüdlü Feyzullayev Vyaçeslav Mahmud oğlu və 1977-ci il təvəllüdlü Seyfullayev Səlim Səttar oğlu uçqun altında qalaraq aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Şəhər prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitlərə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib və fakta görə Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq iş üzrə məhkəmə-tibbi ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
Detal Alüminium zavodunda baş vermiş uçqunla bağlı rəsmi məlumat yayıb
Hadisə ilə bağlı cinayət işi başlanıb.




Şərhlər