Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xəzər dənizində sahildən təqribən 200 km məsafədə balıqçı qayığında olan 4 balıqçı qayığın batması səbəbindən köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.
ANS PRESS-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciət daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri hadisə yerinə cəlb olunub.
Balıqçılardan 3-ü - 1974-cü il təvəllüdlü Salahov Qüdrət İbadulla oğlu, 1975-ci il təvəllüdlü Mirzəyev Şamil Mirzəağa oğlu və 1973-cü il təvəllüdlü Quliyev Zaur Zakir oğlu xilas edilib, digər balıqçı 1959-cu il təvəllüdlü Əliyev Əlibəy İsabala oğlu isə xilasedici sal ilə təmin edilib.
Xilasetmə əməliyyatı davam etdirilir.
Dənizdə köməksiz qalmış balıqçılar xilas edilib
Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri hadisə yerinə cəlb olunub




Şərhlər