Hadisə

Daş karxanasında faciə

Maşinist daş kardanına düşərək öldü

· Xəbərçi
Daş karxanasında faciə
Bakının Qaradağ rayonunda faciəvi hadisə baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə ötən gün rayonun “Qızıl Qaya” daş karxanasında qeydə alınıb.

“Tutu” MMC-də maşinist işləyən 36 yaşlı Neftçala rayon sakini Zülfüqar Əsgərov daş kəsən maşının kardanının arasına düşüb. O, elə hadisə yerində ölüb.

Baş verən faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər