Daş karxanasında dəhşətli olay
09 Fevral 2011 Çərşənbə 11:00
Maşinist fırlanan kardanın arasına düşərək bir neçə hissəyə bölünüb
Bakıda daş karxanasında ölüm hadisəsi baş verib. Qaradağ rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə ayın 8-i axşam saatlarında "Gündüz SH" şirkətinə məxsus daş karxanasında qeydə alınıb.

Orada maşinist işləyən Zaqatala rayon sakini, 40 yaşlı Şamil Seyid oğlu Qurbanov daşkəsən kardanın arasına düşərək bir neçə hissəyə bölünüb.

Faktla bağlı AR CM-nin 162.2 ( texniki təhlükəsizlik qaydalarının pozulması ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar