Abşeron rayonunda bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölüm hadisəsi fevralın 15-də Abşeron rayonu Güzdək qəsəbəsində qeydə alınıb. Orada "Almaz Daş" karxanasında işləyən Elbrus Vəliyev ehtiyatsızlığı nəticəsində dəzgahın üstünə düşüb və aldığı xəsarətdən ölüb.
Daş karxanasında bədbəxt hadisə
Hadisə ehtiyatsızlıq üzündən baş verib




Şərhlər