Hadisə

Dağıstanda polis şöbəsinə hücum olub

Gülləbaran, ardınca isə maşının partladılması nəticəsində bir polis əməkdaşı yaralanıb

· Xəbərçi
Dağıstanda polis şöbəsinə hücum olub
Dağıstanın Qızılyurd bölgəsində Daxili İşlər Şöbəsinə basqın olub. ANS PRESS-in İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, şöbəyə atəş açılıb, ardınca isə avtomobil partladılıb. Hadisə nəticəsində bir polis əməkdaşı xəsarət alıb.

“İnterfaks” agentliyinin məlumatına görə, hadisə ilə bağlı məlumat Dağıstanın Daxili İşlər Nazirliyinin növbətçi hissəsinə yerli vaxtla saat 23.15-də (Bakı vaxtı ilə 00.15) daxil olub. İlkin məlumata görə, atəş DİŞ-ə yodan keçən maşından atəş açılıb. Sonra isə elə həmin maşın partladılıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

Şərhlər