Hadisə

Dağıstanda dalbadal iki partlayış

Partlayışların hər ikisi eyni yerdə törədilib

· Xəbərçi
Dağıstanda dalbadal iki partlayış
Bu gün Dağıstanın Kizlər şəhərində iki partlayış baş verib. Bu barədə məlumatı RİA “Novosti”yə şəhər Daxili İşlər İdarəsindən veriblər.

Məlumatda deyilir ki, yerli vaxtla saat 00.20-də (Bakı vaxtı ilə saat 01.20) Kizlərdəki “İdeal” mağazasının qarşısında partlayış olub. Hadisə yerinə əməliyyat qrupu yaxınlaşdıqda eyni yerdə ikinci partlayış baş verib. Xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.

Şərhlər