Çilinin şimalında 6.2 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji araşdırmalar mərkəzinin verdiyi məlumata görə, yeraltı təkanların episentri Perunun sərhəddindəki Arika limanının 60 km şərqindəki Putre olub. Zəlzələ yerin 110 km dərinliyində qeydə alınıb.
Məlumata görə, zəlzələ nəticəsində dağıntı və insan təlafatı qeydə alınmayıb.
Qeyd edək ki, Putre Çilinin paytaxtı Santyaqo şəhərinin 2 200 km şimalındadır.
Xatırladaq ki, 2010-cu il fevralın 27-də Çilidə meydana gələn 8.8 bal zəlzələ nəticəsində 524 nəfər ölmüşdü.
Çilidə zəlzələ baş verib
Zəlzələ nəticəsində dağıntı və insan təlafatı qeydə alınmayıb




Şərhlər