Hadisə

Cəzaçəkmə müəssisəsində silahlı insident

Hadisə Biləsuvar rayonunda baş verib

· Xəbərçi
Cəzaçəkmə müəssisəsində silahlı insident
Azərbaycanın Biləsuvar rayonunda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində silahlı insident baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə fevralın 13-də qeydə alınıb.

Orada cəza çəkən Seymur Babayev 1 kiloqram həşişi satarkən ona yaxınlaşan polis əməkdaşı istiqamətində tapançadan atəş açıb, hadisə zamanı xəsarət alan olmayıb.

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində S.Babayev zərərsizləşdirilərək tutulub. Ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança və 25 kiloqram 220 qram həşiş götürülüb.

Şərhlər