Cəzaçəkmə müəssisəsində intihar hadisəsi
19 Fevral 2011 Şənbə 12:49
Faktla bağlı cinayət işi başlanılıb
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində intihar hadisəsi baş verib. Bu barədə ANS PRESS-ə Nizami rayon Prokurorluğundan verilən məlumata görə, hadisə dünən axşam saatlarında Bakının Nizami rayonunda yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada məhbusluq həyatı yaşayan 49 yaşlı Asim Əkbər oğlu Məmmədov özünü öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, mərhum AR CM-nin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
DOSTLARINLA PAYLAŞ: