Çexiyanın cənubunda dəmir yolu qəzası baş verib. ANS PRESS-in BBC-yə istinadən yaydığı məlumata görə, iki qatarın toqquşması nəticəsində bir nəfər ölüb, 20 adam yaralanıb. İlkin məlumatlara görə, günah elektrik qatarının maşinistində olub. Onun səhlənkarlığı ucbatından idarə etdiyi qatar qarşıdan gələn yük qatarı ilə toqquşub.
Çexiyada iki qatar toqquşub
Hadisə nəticəsində ölən və yaralanan var




Şərhlər