Hadisə

Cəlilabadda taxıl sahəsi yanıb

Cəlilabadda taxıl sahəsi yanıb. Yanğın ümümilikdə 3.5 hektar ərazini əhatə edib.

· Xəbərçi
Cəlilabadda taxıl sahəsi yanıb
Cəlilabad rayonunda taxıl sahəsində yanğın baş verib. Dövlət Yanğından Mühafizə İdarəsindən ANS PRESS verilən məlumata görə, yanğın rayonun Sabirabad kəndində baş verib. 3 hektar biçilmiş taxıl sahəsi və yarım hektar biçilməmiş taxıl yanaraq məhv olub.

1-ci dərəcəli çağırışla hadisə yerinə gələn yanğınsöndürənlər yanğının daha da böyüməsinin qarşısını alıblar.

Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, yanğına səbəb elektrik naqilinin qırılaraq biçilmiş quru taxılın üzərinə düşməsi olub. ANSPRESS

Şərhlər