Bu gün Azərbaycanın Cəlilabad rayonunun “Yeni məhəllə” adlanan ərazisindən keçən “Daş kanalı” adlanan su kanalı daşıb. Bu barədə ANS PRESS-ə Cəllabad Rayon Fövqəladə Hallar Komissiyasının sədri, rayon icra hakimiyyəti başçısının I müavini Asif Əzizov məlumat verib. Onun sözlərinə görə, hadisə səhər saat 10:00 radələrində baş verib.
“İntensiv yağış nəticəsində kanalın suyu çoxalaraq bəndi dağıdıb. Ətrafda yerləşən evlərə ciddi ziyan dəyməyib. Sadəcə evlərin həyətlərini su basıb. Hazırda ərazidə İcra hakimiyyətinin, rayon Fövqəladə Hallar Komissiyasıın əməkdaşları çalışır. Əraziyə lazımi texnika cəlb olunub. Su artıq çəkilib. İndi dağılan bəndlər bərpa olunur. Problem tezliklə aradan qaldırılacaq”, - deyə Asif Əzizov vurğulayıb.
Cəlilabadda su bəndləri dağıtdı, həyətləri su basıb
“Daş kanalı” adlı su kanalında daşqın baş verib




Şərhlər