Cəlilabadda ata və oğlanları bıçaqlandı: 2 ölü, 2 yaralı
28 Aprel 2012 Şənbə 10:49
Hadisə Ocaqlı kəndində baş verib.
Bu gün səhər saat 06:00 radələrində Azərbaycanın Cəlilabad rayonunun Ocaqlı kəndində bıçaqlanma hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Lənkəran şəhər sakini bir ailənin bir neçə üzvünü bıçaqlayıb.

Nəticədə Ocaqlı kənd sakinləri Xurşud Həsənov hadisə yerində ölüb. Onun oğlanları Afət Həsənov, 1983-cü il təvəllüdlü Yasər Həsənov və 1981-ci il təvəllüdlü Azər Həsənov yaralanıblar. Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxananın baş həkimi Valeh Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, Azər Həsənov sol əlinin kəsilmiş yarası, Yasər Həsənov isə başından aldığı yara ilə daxil olub. Digər qardaş Afət Həsənov isə ürək nahiyəsindən aldığı bıçaq yarasından əməliyyat otağında dünyasını dəyişib.

Hadisəni törədən şəxsin ruhi xəstə olduğu deyilir. Onun artıq saxlanıldığı bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar