Cəlilabadda 3 uşaq atası intihar etdi
15 May 2012 Çərşənbə Axşamı 12:18
O, evdə mübahisə etdikdən sonra özünü öldürüb.
Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Muğan kənd sakini 1968-ci il təvəllüdlü Məsləhət Vəli oğlu Vəliyev ailə məişət zəminində evdə özünü asıb.
Belə ki, Məsləhət Vəliyev mübahisə etdikdən sonra özünü asaraq intihar edib. O ailəli olub, 3 övladı var. Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: