Hadisə

Cəbhədə intensiv atışmalar davam edib

Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb.

· Xəbərçi
Cəbhədə intensiv atışmalar davam edib
Cəbhədə vəziyyət gərgin olaraq qalır. Ermənistanın silahlı bölmələri iyunun 10-u saat 08.00-dan bu gün səhər saat 08.00-dək qoşunların təmas xəttinin Ağdam, Goranboy, Tərtər, Füzuli və Gədəbəy rayonları istiqamətlərində atəşkəs rejimini pozmaqda davam ediblər və atışmalar intensiv xarakter daşıyıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

Şərhlər