Hadisə

Cəbhə xəttində atəşkəs yenidən pozulub

Düşmən cavab atəşi ilə susdurulub.

· Xəbərçi
Cəbhə xəttində atəşkəs yenidən pozulub
Cəbhə xəttində atəşkəs yenidən pozulub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində, Azərbaycanın işğal altındakı Füzuli rayonunun Qorqan, Ağdam rayonunun Sarıcalı, Şıxlar, Qaraqaşlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Cəbrayıl və Gədəbəy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Düşmən cavab atəşi ilə susdurulub.

Şərhlər